|
Sumqayıt şəhər rəhbərliyi xarici əlaqələrin inkişafina xüsusi diqqət yetirir. Xarici ölkələrin Azərbaycandakı səfirləri beynəlxalq təşkilatların nümayəndələri vaxtaşırı şəhərimizə səfər edir onlarla müxtəlif sahələrdə əməkdaşlıq üzrə danışıqlar aparılır.Şəhər rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətinin prioritetlərindən biri də xarici ölkələrin şəhərləri ilə partnyorluq əlaqələrinin yaradılmasıdır.Almaniya Federativ Respublikasının Lüdviqshafen və Azərbaycan Respublikasının Sumqayıt şəhəri arasında dostluq əlaqələrinin əsası düz 30 il əvvəl, 1977-ci ilin avqust ayında Oberburqomistr doctor Lüdviq Verner və SSSR ilə əlaqələrə yardım cəmiyyətinin Reyn-Nekar əyaləti üzrə sədri cənab Yorq-Henrik fon Bülonun Sumqayıt şəhərinə səfəri ilə qoyulmuşdur.Sumqayıt şəhərinin rəsmi şəxslərinin Lüdviqshafenə ilk səfəri 1978-ci ilin iyun ayında baş tutmuşdur.Şəhər İcrayyə Komitəsinin sədri mərhum Zülfi Hacıyevin rəhbərlik etdiyi 5 nəfərlik nümayəndə heyyəti Lüdviqshafen şəhərinin 125 illiyi münasibətilə təşkil olunmuş bayram tədbirlərində iştirak etmişdir. Partnyor şəhərlər arasındakı əlaqələr 2002-ci ildə yeni mərhələyə qədəm qoymuşdur.Həmin ilin aprel ayında Sumqayıt şəhərində əldə edilmiş razılaşmaların nəticəsi olaraq, may ayında Lüdviqshafen və Sumqayıt partnyor şəhərləri arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında Saziş imzalanmışdır. 3 iyul tarixində isə Almaniya iqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinə(GTZ) yardım layihəsində Sumqayıt və Lüdviqshafen partnyor şəhərlərin iştirakı haqqında daha bir saziş imzalanmışdır.İndiyədək bu saziş çərçivəsində 10-dan artıq layıhə həyata keçirilmişdir.Bu layıhələr aşağıdakılardan ibarətdir. 1. Şəhər Uşaq xəstəxanası üçün KUVEZ aparatının verilməsi. Bu aparat qüsurlu doğulan uşaqlara xidmət etmək üçün Şəhər uşaq xəstəxanasına verilmişdir. Aparat hazirda xəstəxanada müvəffəqiyyətlə istifadə edilir. 2. Uşaqlar və yeniyetmələr üçün oyun meydançasının yaradılması: Layihə üzrə şəhərin 30 saylı məktəbi üçün yeni oyun meydanı salınmışdır. 3. Uşaq etimad telefonunun yaradılması: Bu etimad telefonunun fəaliyyəti üçün xüsusi otaqlar ayrılmışdır və layihə artıq 3-cü ildir ki, müvəffəqiyyətli icra olunur. Uşaq etimad telefonunun nömrəsini xatırladırıq: (018) 642-31-31 4. Alman dili Mərkəzinin yaradılması: bu layihə üzrə şəhərin 5-ci mikrorayon ərazisində (şəhər kitabxanasının bir hissəsində) alman dili mərkəzi yaradılmış, 2005-ci ilin oktyabr ayının 17-də Lüdviqshafen şəhər rəhbərliyinin iştirakı ilə mətkəzin açılışı olmuşdur. 5. “Ekopark” yaradılması: 2006-cı ilin iyun ayında Sumqayıt şəhərində layıhənin təqdimat mərasimi keçirilmişdir. Hazırda layıhənin reallaşdırılması üçün potensial donorlar ilə danışıqlar aparılır. 6. “Ekopark” jurnalının nəşri: Lüdviqshafenli mütəxəssislərin məsləhətləri ilə sumqayıtlı mütəxəssislər tərəfindən hazırlanan bu jurnalın 2-ci nömrəsi çap olunmuş, 3-cü nömrəsinin nəşri istiqamətində son işlər başa çatdırılmaq üzrədir. 7. Gözdən əlil uşaqlar üçün əlifba kursları təşkil edilməsi: Sumqayıt şəhər 27 saylı orta məktəbdə gözdən əlil uşaqlar üçün otaq ayrılmış və 2006-cı ildə gözdən əlil uşaqlar hər cür təlim vəsaiti ilə təmin edilərək onlar üçün əlifba kursları təşkil edilmişdir. 8. Şəkər diabeti xəstələrinə yardım: Bu layıhə çərçivəsində şəkər diabeti xəstələri üçün qanda şəkərin miqdarını müəyyən etmək üçün apparat alınıb xəstəxanaya verilmişdir. 9. Məktəbdənkənar ekoloji tərbiyə: Sumqayıt şəhərinin nümayəndə heyəti Lüdviqshafendə səfərdə olmuş, ekologiya mütəxəssisləri ilə təcrübə mübadiləsi aparılmışdır. Hazırda orta məktəb şagirdləri üçün mütəmadi seminarlar keçirilir. 10. Sumqayıt şəhərində fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün emalatxana yaradılması: layihənin konsepsiyası üzərində iş gedir. Yaxın zamanlarda layihənin icrasına başlanılacaq. 11. Ətraf mühitin qorunması, sənaye və məişət tullantılarının kadastrının hazırlanması: Kadastra daxil ediləcək əksər məlumatlar toplanmış və çirklənmiş ərazilərin kartoqrafik formada təsviri hazırlanmışdır. 2006-cı ilin oktyabr ayında layıhənin təqdimat mərasimi keçirilmişdir. 12. Məişət və sənaye tullantılarının utilizasiyası: 2006-cı ilin mart və sentyabr aylarında Sumqayıt şəhəri ərazisində tullantıların çeşidlənməsi və tullantı meydançalarının dislokasiyası üzrə pilot layihələr həyata keçirilmişdir. 13. Şəhərin su təchizatı və kanalizasiya sisteminin kadastrın yekun variantının tərtib edilməsi üzrə tamamlama işləri aparır.Dostluq və partnyorluq əlaqələrindən danışarkən 15 saylı məktəbin alman dili müəllimi Leyla Qasımzadənin xidmətlərindən söz açmamaq qeyri-mümkündür.”Xalqlar dostluğu” ordeni, “Lenin yubileyi medalı”, “Ernst Telman medalı”, Respublikanın Əməkdar müəllimi kimi fəxri adlara layiq görülmüş Leyla müəllimənin bu sahədə xidməti əvəzsizdir. Qasımzadə Leyla Məmməd qızı 1987-ci ildə Vilhelm Pik adına “Beynəlmiləl dostluq klubu” yaradıb. Klubun üzvləri şagirdlər, müəllimlər və başqa peşə sahibləri olmaqla 415-I otmüşdür. Almaniyanın Kalbe, Mahlov, Potstam, Leypsiq şəhərllərindəki Vilhelm Pik adına məktəblərlə dostluq daha da möhkəmlənmişdir. Leyla Qasımzadə 1979-cu ildə ADR yaranmasının 30, 1984-cü ildə 35, 1989-cu ildə 40 illiyinə dəvət alaraq orada keçirilən tədbirlərdə, aralarda iştirak etmişdir. 1984-cü ildə isə Vilhelm Pikin qızı Elli Vinter və Ernst Telmanın qızı İrina Telmanla şəxsən görüşüb çoxlu materiallar əldə etmişdir. 1997-ci ildə isə Azərbaycanda alman dili müəllimləri birliyinin yaradıcılarından biri kimi sədr müavini, Sumqayıt şəhərində isə bu birliyin rəhbəri olmuşdur. 1998-ci ildə isə Frankfurt şəhərindəki Höte İnstitutunun dəvəti ilə 1 ay işgüzar səfərdə olmuşdur. 2005-ci ildə Avstriyada keçirilən Dünya Alman dili müəllimləri birliyinin 13-cü qurultayına dəvət almışdır. Qurultayda respublikanı lazımi səviyyədə təmsil etmişdir. 2005-ci ilin oktrabrında açılan alman dili mərkəzi alman dilini sevən şagird və müəllimlərə böyük tohfə olmuşdur. Mərkəz bir neçə istiqamətdə fəaliyyət göstərir. Əsas istiqamətlər kitabxana, dil kursları, alman dili müəllimlərinin təkmilləşdirilməsindən ibarətdir. Alman dili mərkəzinə “Senior Eksperten Servise” vasitəsilə xanım Qudrin Şindler dəvər edilmişdir. Alman dili mütəxəssisi xanım Qudren Şindlerin 3-cü seminarı (23 mart- 14 aprel 2007) çox faydalı olmuşdur, müəllimlərimiz praktik dil vərdişlərinə yiyələnmişlər. Qeyd etmək lazımdır ki, şəhərimizin 1, 10, 14, 15, 24, 35, 39, 42, 43 saylı məktəblərin alman dili müəllimləri Almaniyada təcrübə mübadiləsində olmuşlar. Eyni zamanda şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, 11 saylı məktəbin direktoru Ofelya Babayeva, 15 saylı məktəbin direktoru Xanəli Məmmədov, “Təfəkkür” liseyinin coğrafiya müəllimi Sima Şahmalıyeva, Ekoloji Tərbiyyə və Təcrübəçilik Mərkəzinin direktoru Mehman Adıgözəlov Almaniyada işgüzar səfərdə olmuşlar. SumqayıLüdvifshafen əməkdaşlığının səmərəli tərəfdaşlıq müstəvisinə çıxaran bu layihələr hər iki şəhər rəhbərliyinin daim diqqət mərkəzindədir və biz inanırıq ki, şəhərlər arasındakı münasibətlər bundan sonar dad aim yüksələn xətlə davam edəcəkdir.
|